Birlikdə Başlayaq

Sualın var, yoxsa birbaşa qeydiyyat olmaq istəyirsən? Hər iki halda doğru yerindəsən. Komandamız ortalama 20 dq ərzində cavab verir.

Ağlındakı Suallar

E-ticarət barədə heç bir təcrübəm yoxdur, proqrama qoşula bilərəm? +

Bəli, tamamilə. Proqramlarımız sıfırdan başlayanlar üçün nəzərdə tutulub. "Standart" paketdə addım-addım video dərslərlə, "Premium" və "Pro" paketlərdə isə canlı mentorluq və mağazanın bizim tərəfimizdən sıfırdan qurulması ilə heç bir texniki biliyiniz olmasa belə biznesinizə rahatlıqla başlaya bilərsiniz.

Dərslər hansı günlərdə və saatlarda keçirilir? Qrafikimi uyğunlaşdıra bilməsəm necə olacaq? +

Premium və Pro paketlərində dərslər tamamilə fərdi yanaşma prinsipi ilə keçirilir. Yəni, ümumi qrupun saatına uyğunlaşmaq məcburiyyətiniz yoxdur; canlı Zoom sessiyalarının günlərini və saatlarını mentorla birlikdə sizin şəxsi və ya iş qrafikinizə tam uyğun şəkildə təyin edirik.

"Ömür boyu mentor dəstəyi" və "Problemlərin anında həlli" dəqiq nəyi ifadə edir? +

E-ticarət dinamik bir sahədir və təlim bitdikdən aylar sonra da platformalarda yeniliklər və ya texniki çətinliklər yarana bilər. Biz tələbələrimizi yarı yolda qoymuruq. Proqram bitdikdən sonra belə, gələcəkdə qarşılaşacağınız hər hansı bir problem, limit və ya sual yaranarsa, xüsusi WhatsApp/Telegram qruplarımız vasitəsilə komandamız anında müdaxilə edib sizə birbaşa həll yolu təqdim edir.

Mağazanın sıfırdan sizin tərəfinizdən hazırlanması prosesi necə işləyir? +

Premium və Pro paketlərinə daxil olan bu xidmətdə, eBay mağazanızın açılması, tənzimlənməsi, beynəlxalq ödəniş sistemlərinin (Payoneer) düzgün və risksiz inteqrasiya edilməsi və mağazanın satışa hazır vəziyyətə gətirilməsi tamamilə bizim peşəkar komandamız tərəfindən icra olunur. Siz texniki və hüquqi sazlamalarla vaxt itirmədən birbaşa biznesə start verirsiniz.

Pro paketindəki "Həftəlik Winner Ürün" dəstəyi nədir? +

Məhsul analizi e-ticarətin ən çox vaxt aparan və kritik mərhələsidir. Pro paketdə komandamız hər həftə qlobal bazarda ən çox satan, rəqabəti az və qazanc marjası yüksək olan (Winner) məhsulları dərindən analiz edərək birbaşa sizə təqdim edir. Siz sadəcə bu məhsulları satmaqla sürətli dövriyyə yaradırsınız.

Proqramı bitirdikdən sonra satış edə bilməsəm, ödəniş geri qaytarılır? +

Bəli! Biz strategiyalarımıza və sistemimizə tam güvənirik. Premium və Pro paketlərimizdə proqramı tam şəkildə başa vuran, mentorun verdiyi bütün praktiki tapşırıqları və qaydaları düzgün icra edən, lakin buna baxmayaraq heç bir satış əldə edə bilməyən tələbələrimiz üçün ödəniş tamamilə geri qaytarılır. Bizimlə heç bir riskiniz yoxdur — ya qazanırsınız, ya da büdcənizi qoruyursunuz.

E-ticarətə başlamaq üçün mütləq şirkət olmalıdır? +

Xeyr, başlanğıcda hər platforma üçün şirkət məcburi deyil. Bu, tamamilə seçəcəyiniz platformadan asılıdır:

  • Shopify: Həm şirkətlə (Business), həm də tamamilə şirkətsiz, fərdi olaraq (Personal) başlamaq mümkündür.
  • eBay: Başlanğıcda heç bir şirkət tələb olunmur, fərdi hesab açaraq dərhal satışa başlaya bilərsiniz. Gələcəkdə satış həcminiz böyüdükdə fərdi hesabınızı şirkət hesabına keçirə bilərsiniz.
  • Amazon: Digər platformalardan fərqli olaraq, Amazon-da stabil və risksiz bir biznes qurmaq, xüsusilə Amazon FBA modelindən yararlanmaq üçün şirkət hesabı (məsələn, ABŞ-da LLC və ya Böyük Britaniyada LTD) açmaq mütləqdir.
Yaşım 18-dən aşağıdır, e-ticarətə başlaya bilərəm? +

Beynəlxalq qanunlara əsasən e-ticarət platformaları və ödəniş sistemləri ilə müqavilə bağlamaq üçün minimum 18 yaş tamam olmalıdır. Lakin yaşı 18-dən aşağı olan tələbələrimiz valideynlərinin və ya 18 yaşı tamam olmuş yaxın bir ailə üzvünün sənədləri və onun adına açılmış bank hesabı ilə qeydiyyatdan keçərək mağazanı tam qanuni şəkildə idarə edə bilərlər. Komandamız bu prosesdə sizə tam rəhbərlik edir.

E-ticarətə başlamaq və dövriyyə yaratmaq üçün nə qədər başlanğıc büdcəsi lazımdır? +

Bu, tamamilə seçəcəyiniz platformadan və hədəflədiyiniz bazardan asılıdır:

  • eBay: Aşağı büdcə ilə başlamaq istəyənlər üçün ən sərfəli platformadır. Ortalama 100$ büdcə tamamilə kifayətdir.
  • Shopify (Avropa bazarı): Minimum 1.000$
  • Shopify (ABŞ və Avropa birgə): Minimum 1.500$
  • Shopify (Azərbaycan və Türkiyə daxili bazarları): 500–1.000$ arası büdcə ilə başlamaq mümkündür.
Payoneer və ya Wise hesabı açmaq üçün şirkət (VÖEN) lazımdır? +

Xeyr, məcburi deyil. EcomAcademy olaraq həm fərdi (Personal), həm də şirkət (Business) adından hesabların qurulması və verifikasiya proseslərində sizə tam dəstək göstəririk. Sizin mövcud statusunuza uyğun ən optimal həlli birlikdə seçirik.

Pro paketini bitirdikdən sonra komandada işləmək imkanı necə qazanılır? +

Biz həm də öz qlobal layihələrimiz üçün komandamızı genişləndiririk. Pro proqramı müddətində verilən praktiki tapşırıqları və mağaza idarəetməsini uğurla, yüksək potensialla başa vuran tələbələri birbaşa EcomAcademy-nin rəsmi komandasına dəvət edirik və real layihələrdə birlikdə gəlir bölüşümü ilə işləməyə başlayırıq.

Paketlərin ödənişini hissə-hissə etmək mümkündür? +

Ödəniş şərtləri və sizə uyğun olan xüsusi qeydiyyat imkanları barədə məlumat almaq üçün birbaşa komandamızla (WhatsApp və ya müraciət forması vasitəsilə) əlaqə saxlaya bilərsiniz.

Qeydiyyat Sorğusu

Formu doldurun, butona basın — WhatsApp açılacaq və komandamız ən qısa müddətdə sizinlə əlaqə saxlayacaq.

📧
E-Poçt
info@ecomacademy.az
💬
WhatsApp Dəstək
+994 60 236 63 90
🕐
Cavab Müddəti
Ortalama 20 dq ərzində
📍
Əməliyyat Bölgəsi
Azərbaycan

Qeydiyyat formasını doldurun, komandamız sizi məlumatlandırsın. Sizi çətin vəziyyətə salmayacağıq — yalnız doğru qərar verməyinizə kömək edəcəyik.

Daha çox öyrənmək istəyirsinizsə, Blog bölməmizdə e-ticarət bələdçilərimizə baxın.